Qelebə.az / Usik və Fyuri arasında revanş döyüşünün tarixi müəyyənləşib

Usik və Fyuri arasında revanş döyüşünün tarixi müəyyənləşib

29-05-2024, 16:36

Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün tarixi məlum olub.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih açıqlama verib.

O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib.

Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda baş tutan görüşdə T.Fyurini məğlub edən A.Usik mütləq dünya çempionu olub.

Geri qayıt