Qelebə.az / Qızıl Avropa Liqası: Azərbaycan millisi bu gün son oyununu keçirəcək

Qızıl Avropa Liqası: Azərbaycan millisi bu gün son oyununu keçirəcək

1-06-2024, 09:18

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.

"QELEBE.AZ" xəbər verir ki, yığma Lüksemburqla qarşılaşacaq.

Estoniyada baş tutacaq görüş saat 17.00-da başlayacaq.

Qeyd edək ki, kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub. Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.

Geri qayıt