Qelebə.az / Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

Yaşar Bəşirov Premyer Liqa yarışında qızıl medal gözlədiyi idmançıların adlarını açıqlayıb

1-09-2022, 18:00

"Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosun Bakıya 5-ci dəfə səfər edir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Bakıda keçiriləcək Premyer Liqa yarışının mətbuat konfransında deyib.

Federasiya prezidenti WKF rəhbərinin Azərbaycana səfərlərindən danışıb: "Espinos 2003-cü ildə "Prezident Kuboku" üçün ilk dəfə Bakıya gəlib. Prezident İlham Əliyev həmin vaxt Milli Olimpiya Komitəsinin rəhbəri kimi onu qəbul etmişdi. 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illiyi ilə bağlı gəlmişdi. 2015-ci ildə I Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları üçün Bakıya səfər etmişdi".

Yaşar Bəşirov bildirib ki, 17 idmançı ilə yarışa qatılacaqlar: "Bu yarışda İrina Zaretskaya və Asiman Qurbanlıdan medal gözləyirik".

İdmançı Asiman Qurbanlı isə bildirib ki, belə bir yarışın Azərbaycanda təşkil olunması böyük nailiyyətdir.

Qeyd edək ki, Premyer Liqa 2 - 4 sentyabrda Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq.

Geri qayıt