Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyə yığmasını qəbul edəcək

Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyə yığmasını qəbul edəcək

4-06-2024, 09:09

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"QELEBE.AZ"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək.

“Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub - 0:1.

Milli üç turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidir.

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.

Geri qayıt