Qelebə.az / "Bavariya" klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb

"Bavariya" klubu daşqın qurbanlarına 1 milyon avro bağışlayıb

4-06-2024, 17:14

Almaniyanın "Bavariya" klubu ölkənin cənubunda baş verən daşqın qurbanlarına 1 milyon avro bağışlayıb.

"Report" Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Bavariya və Baden-Vyurtemberq əyalətlərində zərərçəkənlərə yardım üçün vəsait göndərib.

Qeyd edək ki, Almaniyanın cənubunda baş verən daşqınlar nəticəsində iki nəfər ölüb, nəqliyyat kommunikasiyalarında fasilələr yaranıb və təxliyyə işləri aparılır.

Geri qayıt