Qelebə.az / Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində finala yüksəlib

Azərbaycan millisi Avropa Kubokunun təsnifat mərhələsində finala yüksəlib

9-06-2024, 20:24

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma Malta seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 15:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Yığma daha Lüksemburq - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.

Geri qayıt