"Şamaxı" klubunun yeni baş məşqçisi Ayxan Abbasov olacaq.
Bu barədə "QELEBE.AZ"a 42 yaşlı mütəxəssis özü məlumat verib.
"Turan Tovuz"un sabiq çalışdırıcısı keçidin yaxın günlərdə rəsmiləşəcəyini söyləyib: "Şamaxı" düşünməyim üçün mənə vaxt vermişdi. Fikrimi qətiləşdirdim, yaxın 3-4 gün ərzində rəhbərliklə görüşümüz olacaq. İnşallah, növbəti həftədən yeni komandaya keçidim rəsmiləşəcək".
Qeyd edək ki, "Şamaxı" ötən mövsüm Azərbaycan I Liqasını 57 xalla birinci sırada tamamlayaraq, Premyer Liqada iştirak etmək hüququ qazanıb.