Qelebə.az / Fransalı altıqat dünya çempionu komanda yoldaşının kredit kartını oğurlayıb

Fransalı altıqat dünya çempionu komanda yoldaşının kredit kartını oğurlayıb

10-06-2024, 17:23

Biatlon üzrə fransalı altıqat dünya çempionu Culiya Simon dələduzluqda təqsirli bilinib.

"QELEBE.AZ" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı idmançı millidəki komanda yoldaşının kredit kartını oğurlayıb və ondan alış-veriş üçün istifadə edib.

O, geyim və idman aksessuarları mağazalarından bir neçə dəfə özünə əşyalar alıb.

Təlim-məşq toplanışı zamanı onunla eyni otaqda qalan Hyustin Breza-Buşe adlı biatlonçu bununla bağlı polisə müraciət edib.

İdmançı cərimə olunub və həmkarına dəymiş ziyanı ödəməyə məhkum edilib.

Geri qayıt