Qelebə.az / Miroslav Kloze II Bundesliqa klubunun baş məşqçisi olub

Miroslav Kloze II Bundesliqa klubunun baş məşqçisi olub

11-06-2024, 13:21

Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze II Bundesliqada “Nürnberq” klubunun baş məşqçisi olub.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı dünya çempionu bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Qeyd edək ki, M.Kloze 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin mundiallarda ən çox qol (16) vuran futbolçudur.

Geri qayıt