Qelebə.az / "Zirə" sabiq hücumçusu ilə ikiillik müqavilə imzalayıb

"Zirə" sabiq hücumçusu ilə ikiillik müqavilə imzalayıb

13-06-2024, 16:57

"Zirə" klubu yeni transferini açıqlayıb.

"QELEBE.AZ"un məlumatına görə, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Davit Volkovla anlaşıb.

Forvardla ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.

Geri qayıt