Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirdə mübarizəyə başlayır

Azərbaycanın 3x3 basketbol millisi Fransadakı turnirdə mübarizəyə başlayır

14-06-2024, 09:12

Bu gün qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Fransanın Klermon-Ferran bölgəsində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə başlayır.

"QELEBE.AZ"un məlumatına görə, yığma D qrupunda Filippin və Niderland ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu, Dünya Qadın Seriyasının beşinci mərhələsidir. Dörd mərhələdən sonra Azərbaycan komandası 45 xalla 19-cu yerdədir.

Geri qayıt