Qelebə.az / Nigeriya millisi dünya çempionatında üçüncü yeri tutub

Nigeriya millisi dünya çempionatında üçüncü yeri tutub

16-06-2024, 15:43

Nigeriya millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü olub.

"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində Nigeriya millisi Özbəkistanla qarşılaşıb.

İlk 30 dəqiqəsi 1:1 hesabı ilə bitən matça 8 dəqiqəlik hissə əlavə olunub. Burda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasına müraciət edilib.

Nigeriya komandası penaltilər seriyasında rəqibini 2:0 hesabı ilə üstələyərək dünya üçüncüsü olub.

Qeyd edək ki, dünya çempionatına iyunun 10-da start verilib.

Geri qayıt