Qelebə.az / AVRO-2024: Türkiyə - Gürcüstan matçında ilk hissə bitib - YENİLƏNİB 3

AVRO-2024: Türkiyə - Gürcüstan matçında ilk hissə bitib - YENİLƏNİB 3

18-06-2024, 20:51

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

20:35

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

20:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab açılıb.

"Report" xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

"Report"un məlumatına görə, I turun Türkiyə - Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılaşmanı argentinalı hakim Fakundo Telyo idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt