Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında hesab açılıb.
"QELEBE.AZ" xəbər verir ki, Ştutqart şəhərində davam edən matçda "Bundestim" hesabı açıb.
23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.
"QELEBE.AZ" xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.
Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.