Qelebə.az / AVRO-2024: Almaniya - Macarıstan matçında ikinci qol vurulub - YENİLƏNİB - 4

AVRO-2024: Almaniya - Macarıstan matçında ikinci qol vurulub - YENİLƏNİB - 4

19-06-2024, 21:26

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

İlkay Gündoğan adını tabloya yazdırıb.

Qarşılaşma davam edir.

21:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci hissə start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, Bundestim ilk hissədən sonra 1:0 hesabı ilə öndədir.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ilk hissə yekunlaşıb.

"QELEBE.AZ" xəbər verir ki, Bundestim fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:23

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqart şəhərində davam edən matçda Bundestim fərqlənib.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

20:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

"QELEBE.AZ" xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.

Geri qayıt