Qelebə.az / Sloveniya millisinin baş məşqçisi: Sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik

Sloveniya millisinin baş məşqçisi: Sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik

20-06-2024, 20:33

Göstərdiyimiz oyunla sübut etdik ki, Avropa çempionatlarında iştirak etməyə layiqik.

"Report" xəbər verir ki, bunu Sloveniya millisinin baş məşqçisi Matias Kek Serbiyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı çalışdırıcı komandasının daha yaxşı yerlərə layiq olduğunu söyləyib: "Göstərdiyimiz oyunla sübut etdik ki, Avropa çempionatında iştirak etməyə layiqik. Cəsarətli və dürüst oyun oynadıq. Məncə, bu yığma daha yaxşı yerlərə gələcək".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün C qrupunun matçında Sloveniya Serbiya yığması ilə heç-heçə edib - 1:1.

Geri qayıt