Qelebə.az / Amerika Kuboku: Çili millisi turnirə heç-heçə ilə başlayıb

Amerika Kuboku: Çili millisi turnirə heç-heçə ilə başlayıb

22-06-2024, 09:16

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, A qrupunun ikinci matçında Çili yığması Peru kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, turnirin açılış oyununda son dünya çempionu Argentina Kanadaya qalib gəlmişdi - 2:0.

Geri qayıt