Qelebə.az / AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

AVRO-2024: Toni Kroos qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub

28-06-2024, 10:01

Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.

Almaniyalı futbolçu həmçinin AVRO-2016-dakı rekordunu (323) yeniləyib.

Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.

İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.

Geri qayıt