Qelebə.az / "Mançester Yunayted" "Bavariya"nın futbolçusunu heyətinə qatmağı düşünür

"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu heyətinə qatmağı düşünür

28-06-2024, 16:50

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya təmsilçisi "Bavariya"nın üzvü Matteys de Liqti heyətinə qatmağı düşünür.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilər 24 yaşlı müdafiəçi üçün 70 milyon avro tələb edir.

"Qırmızı şeytanlar" isə bu məbləğin yarısını ödəməyə hazırdır.

Qeyd edək ki, niderlandlı futbolçu 2022-ci ildən "Bavariya"da çıxış edir. O, ötən mövsüm komandasının heyətində 30 oyun keçirib və 2 qol vurub. "Transfermarkt" portalı Matteys de Liqtin dəyərini 65 milyon avro qiymətləndirir.

Geri qayıt