Qelebə.az / Mişi Batşuayinin "Qalatasaray"a keçidi rəsmiləşib

Mişi Batşuayinin "Qalatasaray"a keçidi rəsmiləşib

1-07-2024, 20:25

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mişi Batşuayi "Qalatasaray"a keçib.

"Report" xəbər verir ki, bu barədə "sarı qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbağça"nın uğurları üçün çalışıb.

Geri qayıt