Qelebə.az / "Sabah" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib

"Sabah" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib

5-07-2024, 16:26

"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.

"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın "Ersqebirqe Aue" (2019-2020), "Ayntraxt" (Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və "Dubnitsa" (2021-2022) klublarında çıxış edib.

Futbolçu "Sabah"da 29 nömrəli formada çıxış edəcək.

Geri qayıt