Qelebə.az / Argentina millisi Amerika Kubokunun finalına vəsiqə qazanıb

Argentina millisi Amerika Kubokunun finalına vəsiqə qazanıb

10-07-2024, 08:54

ABŞ-də təşkil olunan Amerika Kubokunda ilk finalçı müəyyənləşib.

"Report" xəbər verir ki, yarımfinalda Kanada ilə qarşılaşan Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Qolları Xulian Alvares (22) və Lionel Messi (51) vurub.

Qeyd edək ki, yarımfinalın digər matçı Uruqvay və Kolumbiya komandaları arasında baş tutacaq.

Geri qayıt