Qelebə.az / Almaniyalı futbolçu millidəki karyerasını başa vurub

Almaniyalı futbolçu millidəki karyerasını başa vurub

10-07-2024, 15:47

"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə ölkənin məşhur "Bild" nəşri məlumat yayıb.

Tomas Müller 2010-cu ildən yığmanın formasını geyinir və 2014-cü ildə dünya çempionu olub.

O, 2022-ci ildə Qətərdə keçirilən mundialdan sonra milli ilə vidalaşdığını açıqlasa da, yenidən komandaya qayıtmışdı. Bundestim Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında əlavə vaxtda İspaniyaya uduzub - 1:2.

Geri qayıt