Qelebə.az / "İnter" baş məşqçisi ilə müqavilə müddətini artırıb

"İnter" baş məşqçisi ilə müqavilə müddətini artırıb

12-07-2024, 19:23

İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaqi ilə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə 2026-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub.

Geri qayıt