Qelebə.az / "Sumqayıt" - "Fehervar" matçının biletləri satışa çıxıb

"Sumqayıt" - "Fehervar" matçının biletləri satışa çıxıb

15-07-2024, 14:20

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasının biletləri artıq satışa çıxıb.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır. "Sumqayıt" - "Fehervar" matçı iyulun 25-i, saat 20:00-da start götürəcək.

Geri qayıt