Qelebə.az / AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

26-10-2022, 20:43

AFFA İntizam Komitəsi (İK) "Zirə"nin futbolçusu Coşqun Diniyevin məsələsinə yenidən baxacaq.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçının 84-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub isə 2400 manat cərimə olunub.

Qərar yenidən baxılması üçün İK-ə göndərilib.

Geri qayıt