Qelebə.az / Azərbaycan U-20 basketbol millisi İsveçrəyə böyük hesabla məğlub olub

Azərbaycan U-20 basketbol millisi İsveçrəyə böyük hesabla məğlub olub

19-07-2024, 20:56

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsində İsveçrə ilə qarşılaşıb və 40:101 hesabı ilə məğlub olub.

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparıb.

Geri qayıt