Qelebə.az / Azərbaycanın pauerliftinq millisinin üzvü: Bu, karyeramın ən böyük uğurudur

Azərbaycanın pauerliftinq millisinin üzvü: Bu, karyeramın ən böyük uğurudur

20-07-2024, 16:23

Bu, karyeramın ən böyük uğurudur.

"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Ceyhun Mahmudov söyləyib.

İdmançı vətənə medalla qayıtmaq istədiyini deyib:

"Paris paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm. Öz ölkəsini ən mötəbər yarışlarda təmsil etmək hər idmançıya nəsib olmur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim vətənə medalla qayıtmaqdır".

Geri qayıt