Qelebə.az / "Sumqayıt"ın futbolçusu: Meydanda ən yaxşısını etməyə çalışacağıq 

"Sumqayıt"ın futbolçusu: Meydanda ən yaxşısını etməyə çalışacağıq 

24-07-2024, 20:53

Meydanda ən yaxşısını etməyə çalışacağıq.

"QELEBE.AZ" xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu "Fehervar"la qarşılaşacaq "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.

29 yaşlı müdafiəçi oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib:

"Öz oyunumuzu fikirləşirik. Azarkeşlərimizi stadionda gözləyirik. Gücümüzə güc qatacaqlar"

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Geri qayıt