Qelebə.az / Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

Portuqaliyalı futzalçı Azərbaycan millisinin sabiq kapitanının rekordunu təkrarlayıb

27-10-2022, 20:38

Portuqaliya millisinin futzalçısı Joao Matoş Azərbaycan yığmasının sabiq kapitanı Rizvan Fərzəliyevin rekordunu təkrarlayıb.

"Report" xəbər verir ki, 35 yaşlı hücumçu buna Xorvatiyanın "Pula" komandasına 5:3 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının əsas seçmə mərhələ oyununda meydana çıxmaqla nail olub.

Avropanın 1 nömrəli klub turnirində 69-cu qarşılaşmasını keçirən Matoş bu göstəricidə azərbaycanlı futzalçıya çatıb.

Qeyd edək ki, Rizvan Fərzəliyev bu ilin əvvəlində peşəkar karyerasını başa vurub.

Geri qayıt