Qelebə.az / Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

29-07-2024, 08:00

Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

"Report" xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

İdmançımız N qrupunun II matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.

Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.

Daha sonra ölkəmiz cüdo yarışlarında təmsil olunacaq. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.

Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.

Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz
Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.

Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt