Qelebə.az / Paris-2024: Türkiyənin voleybol millisi ilk oyunda əzmkar qələbə qazanıb

Paris-2024: Türkiyənin voleybol millisi ilk oyunda əzmkar qələbə qazanıb

29-07-2024, 13:28

Qadın voleybolçulardan ibarət Türkiyə millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, "ay-ulduzlular" C qrupunun I turunda Niderland yığması ilə üz-üzə gəlib.

Görüş Türkiyə komandasının əzmkar qələbəsi ilə bitib - 3:2 (19:25, 19:25, 25:22, 25:22, 15:13).

Milli növbəti oyununu avqustun 1-də Dominikan Respublikasına qarşı keçirəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt