Qelebə.az / Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB

Paris-2024: Azərbaycan sablyaçısı 1/8 finalda mübarizəni dayandırıb - YENİLƏNİB

29-07-2024, 16:20

Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz 1/8 finalda Olqa Xarlanla qarşılaşıb.

Görüşdə idmançımız 6:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

13:01

Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/16 final mərhələsindən mübarizəyə qoşulub.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, təmsilçimiz Yanq Henqyu ilə (Çin) qarşılaşıb.

Görüş idmançımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. A.Başta 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt