Qelebə.az / "Neftçi" ukraynalı hücumçunun transferini açıqlayıb

"Neftçi" ukraynalı hücumçunun transferini açıqlayıb

30-07-2024, 19:50

"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.

Klubdan "Report"a verilən məlumata görə, "ağ-qaralar" Andrey Ştoqrinlə razılığa gəlib.

Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.

Geri qayıt