Qelebə.az / Konfrans Liqası: "Fehervar" - "Sumqayıt" matçında ikinci hissə başlayıb - YENİLƏNİB 2

Konfrans Liqası: "Fehervar" - "Sumqayıt" matçında ikinci hissə başlayıb - YENİLƏNİB 2

31-07-2024, 22:03

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, oyun Sekeşfehervardakı "Mol Arena"da keçirilir.

21:50

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

21:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Fehervar" (Macarıstan) - "Sumqayıt" matçı start götürüb.

"Report" xəbər verir ki, görüş Sekeşfehervardakı "Mol Arena"da keçirilir.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Geri qayıt