Qelebə.az / Paris-2024: Reytinqdə birinci pillədə qərarlaşan tennisçi finala yüksələ bilməyib

Paris-2024: Reytinqdə birinci pillədə qərarlaşan tennisçi finala yüksələ bilməyib

1-08-2024, 16:24

Polşalı tennisçi İqa Svyontek Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində məğlub olub.

"QELEBE.AZ"un məlumatına görə, dünya reytinqində birinci pillədə qərarlaşan idmançı yarımfinalda çinli Zhen Qinvenə uduzub. - 0:2 (2:6, 5:7)

Digər yarımfinal görüşündə slovakiyalı Anna Karolina ilə xorvatiyalı Donna Vekiç üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt