Qelebə.az / Rüfət Hacılı: İdmançılarımızın paralimpiadada çətinlik çəkməməsi üçün əlimizdən gələni edəcəyik

Rüfət Hacılı: İdmançılarımızın paralimpiadada çətinlik çəkməməsi üçün əlimizdən gələni edəcəyik

8-08-2024, 11:40

Komandamızın qida ilə bağlı çətinliklər çəkməməsi üçün əlimizdən gələni edəcəyik.

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan təmsilçilərinin Paris-2024-ə yolasalma mərasimində Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı deyib.

Azərbaycan nümayəndə heyətinin də rəhbəri olan funksioner hər turnirin fərqli olduğunu bildirib: "Bəzən büdcə və ya qidalanma ilə bağlı problemlər özünü biruzə verir. Ümid edirəm ki, Parisdə də bu kimi məsələlər olmayacaq".

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Geri qayıt