Qelebə.az / İngiltərə klubu 21 yaşlı futbolçunu 15 milyon avroya heyətinə qatıb

İngiltərə klubu 21 yaşlı futbolçunu 15 milyon avroya heyətinə qatıb

8-08-2024, 16:03

İngiltərənin "Nyukasl" klubu "Şeffild Yunayted"dən Uilyam Osulanı transfer edib.

"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Britaniyalılar Danimarkanın U-21 millisinin üzvü üçün 15 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, U.Osula ötən mövsümü icarə əsasında "Derbi Kaunti"də keçirib. O, Danimarka millisinin heyətində meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalıb.

Geri qayıt