Qelebə.az / Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız bitirib - YENİLƏNİB

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız bitirib - YENİLƏNİB

8-08-2024, 20:35

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.

Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14:10

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə üz-üzə gəlib.

Rzazadə rəqibinə məğlub olub - 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt