UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində davam edən "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, "Tallqat" stadionundakı matçda meydan sahibləri hesabda önə keçib - 1:0.
35-ci dəqiqədə Romal Palmer fərqlənib.
22:45
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Sent Patriks Atletik" (İrlandiya) - "Sabah" görüşü start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma "Tallqat" stadionunda keçirilir.
Oyunu islandiyalı baş hakim Vilhyalmur Torarinsson idarə edir.