Qelebə.az / Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

28-10-2022, 19:56

UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransa "Renn"inin hücumçusu Amin Quiri layiq görülüb.

22 yaşlı forvard Türkiyədə "Fənərbağça" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlcəzair əsilli fransalı forvard İspaniya "Real Sosyedad"ından Robert Navarro, Niderlandın PSV klubundan Lyuk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altmanı qabaqlayıb.

Geri qayıt