Qelebə.az / Argentina millisinin hücumçusu "Atletiko"ya keçib

Argentina millisinin hücumçusu "Atletiko"ya keçib

12-08-2024, 18:51

İspaniyanın "Atletiko" (Madrid) klubu Argentina millisinin üzvü Julian Alvaresi sıralarına qatıb.

"Report" xəbər verir ki, son olaraq İngiltərənin "Mançester Siti" kollektivində çıxış edən hücumçu yeni komandası ilə 6 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "şəhərlilər"in heyətində ümumilikdə 103 oyuna çıxan Alvares 36 qol vurub.

Geri qayıt