Qelebə.az / "Neftçi" portuqaliyalı futbolçunun keçidini açıqlayıb

"Neftçi" portuqaliyalı futbolçunun keçidini açıqlayıb

12-08-2024, 21:55

“Neftçi” daha bir transferini reallaşdırıb.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, "ağ-qaralar" portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo ilə anlaşıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu ölkəsinin yüksək liqasında 100-ə yaxın oyun keçirib.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

Geri qayıt