Qelebə.az / Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir

Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir

18-08-2024, 11:40

Futzal üzrə “Baku Fire” kollektivinin kapitanı Elvin Quliyev UEFA-nın məşqçilər üçün nəzərdə tutulan B kateqoriyalı kursunda iştirak edir.

Klubdan "Report"a verilən məlumata görə, Finlandiyada təşkil olunan seminarda UEFA təlimçiləri həm nəzəri, həm də praktiki təlimlər keçir.

Kurs 3 mərhələdən ibarətdir. Avqustdan sonra növbəti kurs noyabrda, imtahan isə gələn ilin fevralında keçiriləcək.

Qeyd edək ki, E.Quliyevin yer aldığı seminar UEFA-nın təşkil etdiyi ən üst kurs hesab olunur.

Geri qayıt