Qelebə.az / "Çelsi" Joau Feliksin transferini açıqlayıb

"Çelsi" Joau Feliksin transferini açıqlayıb

21-08-2024, 16:25

İngiltərənin "Çelsi" klubu hücumçu Joau Feliksin transferini rəsmən açıqlayıb.

"Report" london klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" futbolçu ilə 5 illik müqavilə bağlayıb.

Feliks İspaniyanın "Atletiko" klubuna məxsus olsa da, icarə əsasında 2023/2024 mövsümünü "Barselona"da keçirib.

O, kataloniyalıların heyətində meydana çıxdığı 44 matçda 10 qol vurub.

Geri qayıt