Qelebə.az / Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər

Azərbaycan avarçəkənləri dünya çempionatında iştirak edəcəklər

21-08-2024, 16:55

Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər.

"QELEBE.AZ" xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.

Kanoe yarışında Paşa Əsgərov mükafatçılar sırasına düşməyə çalışacaq. Kayak növündə isə Ceyhun Vəlixanov mübarizə aparacaq.

Mundial avqustun 23-25-də gerçəkləşəcək.

Geri qayıt