Qelebə.az / "Napoli" braziliyalı futbolçunun keçidini açıqlayıb

"Napoli" braziliyalı futbolçunun keçidini açıqlayıb

22-08-2024, 21:11

İtaliyanın "Napoli" kollektivi Portuqalya klubu "Benfika"nın hücumçusu David Neresi transfer etdiyini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu keçid A Seriyası təmsilçisinə 28 milyon avroya başa gəlib.

Braziliyalı futbolçu yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Neres lissabonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub.

Geri qayıt