Qelebə.az / Azərbaycanın kişilərdən ibarət millisi Avropa Kubokunda mübarizəni başa vurub

Azərbaycanın kişilərdən ibarət millisi Avropa Kubokunda mübarizəni başa vurub

23-08-2024, 19:43

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, yığma C qrupundakı ikinci matçında meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma seçməmizin 18:20 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, günün ilk matçında Niderlanda da uduzan (9:21) millimiz yarışla vidalaşıb.

Geri qayıt