Qelebə.az / Azərbaycanın kişi voleybolçuları Belçikaya məğlub olub

Azərbaycanın kişi voleybolçuları Belçikaya məğlub olub

24-08-2024, 21:37

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

Geri qayıt