Qelebə.az / "Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

1-11-2022, 14:18

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində mübarizə aparacaq.

"QELEBE.AZ" yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.

Sonuncu raund 14 - 20 noyabrda gerçəkləşəcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.

Geri qayıt